Məlumdur ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanın ikinci mərhələsinin 2-ci cəhdi keçiriləcək. (İmtahan tarixləri üçün bax)
Bir çox tələbələr 1-ci cəhdə ödənişsiz iştirak etdikləri üçün 2-ci cəhdin ödənişli olduğunu düşünürlər. Bu isə belə deyil. Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- Şəhid ailəsinin üzvləri;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- Məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.