Xeyr Bu imtahanda iştirak etmək üçün şagird və abituriyentlərin ayrıca qeydiyyatı tələb olunmur. Belə ki, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin bu imtahanda iştirak etmələri üçün məlumatları “Şagird-məzun” sistemindən əldə olunur.

Əvvəlki illərin məzunları isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün martın 15-dək elektron ərizə dolduran zaman rus bölməsini seçərkən Azərbaycan dili (dövlət dili kimi) imtahanına da qeydiyyat keçmiş olurlar.

  • Cari ilin məzunları üçün:

– Ümumi təhsil müəssisələrini cari ildə bitirən bütün abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyasına müraciət etmədən müəyyən olunmuş müddətdə özləri təsdiq etməlidirlər.

  • Əvvəlki illərin məzunları üçün:

– DİM-in informasiya sistemlərində məlumatları yetərli olan əvvəlki illərin məzunları elektron ərizələrini Sənəd Qəbulu Komissiyasına müraciət etmədən müəyyən olunmuş müddətdə özləri təsdiq etməlidirlər.

  •  1988-2005-ci il təvəllüdlü (01.05.2005-ci il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

  • İmtahana qeydiyyatın aparılması

    Qeydiyyat DİM-in internet saytında elektron qaydada aparılır. Müəyyən edilmiş qeydiyyat müddətlərində “Abituriyentin elektron ərizəsi” vasitəsi ilə ərizə təsdiq edilməlidir.

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər, az sayda abituriyent Sənəd Qəbulu Komissiyasına (SQK) müraciət etməli olur. Əsasən, xarici ölkələrdə təhsil alan, Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci ildən əvvəl bitirən, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verməyən abituriyentlər SQK-ya müraciət etməli olurlar.

  • SQK-ya müraciət etməli olan abituriyentlər üçün tələb olunan sənədlər

Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər (elektron ərizələrinin iş nömrələrini bildirməklə) SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

  1. Şəxsiyyəti təsdiq edən sənədin əslini:

  2. Tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı – “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə*);

-Azərbaycan Respublikasında orta ixtisas təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə orta ixtisas təhsili müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavə * ); –

Qeyd: Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini;

Qeyd: SQK-ya təqdim olunan sənədlərdə ad, soyad və ya ata adı fərqlənərsə, abituriyent tələb olunan sənədlərlə birlikdə ad, soyad və ya ata adının dəyişdirilməsini təsdiq edən sənədi və ya sənədləri də təqdim edir.

  • DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:
    – Bakı ş., Nəsimi r., Abdulvahab Salamzadə küç., 28
    – Bakı ş., Nərimanov r., Koroğlu Rəhimov küç., 108A
  • DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
  • DİM-in Gəncə Regional Bölməsi
  • (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
  • DİM-in Lənkəran Regional Bölməsi
  • (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);
  • DİM-in Xaçmaz Regional Bölməsi
  • (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
  • DİM-in Şəki Regional Bölməsi
  • (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
  • DİM-in Şirvan Regional Bölməsi
  • (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
  • DİM-in Göyçay Regional Bölməsi
  • (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
    DİM-in Bərdə Regional Bölməsi
  • (Bərdə ş., H. Əliyev prospekti, 88);
  • DİM-in Şəmkir Regional Bölməsi
  • (Şəmkir ş., Bakı – Qazax şosesi, İnzibati bina –“west gate”).

İkinci ali təhsil almaq istəyən abituriyentlər ümumi qaydada DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Belə abituriyentlər qəbul elanında qeyd olunan sənədlərlə yanaşı Sənəd Qəbulu Komissiyasına ali təhsil haqqında sənədi (əslini), ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı, attestatın əslini və ya məzunu olduğu təhsil müəssisəsi tərəfindən verilən attestat qiymətləri göstərilən arayışı təqdim etməlidirlər.

Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Bundan başqa, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına olur.

Bəli, abituriyentlər buraxılış imtahanından (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsindən) topladıqları baldan asılı olmayaraq, ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.

 

Bəli. Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən isə ixtisas seçiminə buraxılmır.

Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Həmçinin III ixtisas qrupunun müxtəlif altqrupları üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki altqrup üzrə müsabiqədə iştirak edə bilər

Bəli. Qabiliyyət imtahanınından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı “Jurnalistika” ixtisası ilə yanaşı digər ixtisaslarıda seçə bilərlər.

Xeyr. İmtahan iştirakçılarından peyvənd və ya immunitet sertifikatı tələb olunmur.

 

Xeyr, edə bilməzsiniz. Müsabiqə zamanı abituriyentin hər hansı bir cəhddə hər üç fənn üzrə topladığı bal nəzərə alınır. Tutaq ki, abituriyent imtahanın birinci cəhdində RK altqrupu, ikinci cəhdində isə Rİ alqtrupu üzrə imtahan verib. Müsabiqə zamanı abituriyent RK altqrupuna aid ixtisası seçirsə, onun birinci cəhddə riyaziyyat, fizika və kimya fənlərindən topladığı bal nəzərə alınır. Rİ altqrupuna aid ixtisasları seçəndə isə imtahanın ikinci cəhdində riyaziyyat, fizika və informatikadan topladığı bal nəzərə alınır. Yəni abituriyent iştirak etdiyi hər iki cəhd imtahanından müvafiq altqrup (lar) üzrə birinin nəticəsi əsasında müsabiqədə iştirak edir. Bir altqrup üzrə birinci cəhddən iki fənn, ikinci cəhddən isə digər fənn üzrə (və ya əksinə) toplanılan balların cəmi əsasında müsabiqədə iştirak etməyə icazə verilmir. Deməli, imtahanın hər iki cəhdində iştirak edən abituriyent bütün fənlər üzrə iki cəhddən birinin nəticəsini seçə bilər.