Lisey və Gimnaziyalara qeydiyyat mərhələsi bitir

Elm və Təhsil Nazirliyi tərəfindən IV-VII sinif şagirdləri üçün 2023/2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu həyata keçiriləcək.

Mərkəzi İmtahana qeydiyyat mərhələsi 06 iyun 2023-cü il tarixində saat 17:00-da yekunlaşacaqdır.

Övladını imtahana qeydiyyatdan keçirmək üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az saytından “Sorğu yerləşdir” hissəsindən “Mərkəzi İmtahanla qəbul” bölməsini seçərək müraciət edə bilər.

Məlumat üçün bildirək ki, Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlər üzrə aparılacaq: 

         • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); 

         • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

         • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

_______
MHM Tədris Mərkəzinin Abituriyent şöbəsi tərəfindən şagirdlərə ödənişsiz təqdim olunan qruplara qoşulmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Telegram

WhatsApp

Qruplarımızı ətrafınızla paylaşıb, daha çox şəxsə dəstək olmağımıza dəstək ola bilərsiniz!