Abituriyentlərin nəzərinə çatdırırıq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi 2023-cü ilin iyunun 5-dən 20-dək aparılacaq.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun – 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu (o cümlədən  III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) üzrə 9 iyul , I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan) üzrə isə 23 iyulda keçiriləcək.

_______
MHM Tədris Mərkəzinin Abituriyent şöbəsi tərəfindən şagirdlərə ödənişsiz təqdim olunan qruplara qoşulmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Telegram

WhatsApp

Qruplarımızı ətrafınızla paylaşıb, daha çox şəxsə dəstək olmağımıza dəstək ola bilərsiniz!