Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi 20-21 may 2023-cü il tarixlərində keçirilib.

DİM-dən əldə olunan məlumata görə, ll və lll qruplar üzrə ixtisas seçimi aşağıdakı şərtlərə əsasən aparılır.

II ixtisas qrupu üzrə:

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

  • Marketinq;
  • Biznesin idarə edilməsi;
  • Turizm bələdçiliyi;
  • Turizm işinin təşkili.
III ixtisas qrupu üzrə:
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı
40-dan az olmayan abituriyentlər buraxılır;
– Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
– Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
  • Muzey, arxiv işi və abidələrin qorunması;
  • Sosial iş;
  • Regionşünaslıq (regionlar üzrə).

_______
MHM Tədris Mərkəzinin Abituriyent şöbəsi tərəfindən şagirdlərə ödənişsiz təqdim olunan qruplara qoşulmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Telegram

WhatsApp

Qruplarımızı ətrafınızla paylaşıb, daha çox şəxsə dəstək olmağımıza dəstək ola bilərsiniz!